ABŞ-da koronavirusdan rekord ölüm

abs-da-koronavirusdan-rekord-olum
Oxunma sayı: 1253

ABŞ-da son sutka ərzində koronavirusdan 2 760 nəfər dünyasını dəyişib. “Qafqazinfo” bildirir ki, bu barədə “The New York Times” qəzeti xəbər verib.

Bununla da aprelin 15-də qeydə alınan antirekord (2 752 ölüm) yenilənib.

Con Hopkins Universitetinin məlumatlarına əsasən, ABŞ-da koronavirusa 13,9 milyondan çox yoluxma halı qeydə alınıb, 273 316 nəfər dünyasını dəyişib. Hər iki göstəriciyə görə ölkə dünyada birinci yerdədir.