ABŞ-da koronavirusla bağlı son vəziyyət

abs-da-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 2140

ABŞ-da son sutka ərzində daha 31 304 nəfərdə koronavirus aşkarlanıb, 716 nəfər dünyasını dəyişib. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 5 507 570-ə, bu virusdan ölənlərin sayı isə 172 251-ə yüksəlib.

Bundan əlavə, indiyədək 2 882 225 nəfər sağalıb. Ölkədə 2 453 094 aktiv koronavirus xəstəsi var ki, onlardan da 17 218-nin vəziyyəti ağır qiymətləndirilir.