ABŞ-ın Kaliforniya ştatının Fresno şəhərində atışma nəticəsində üç nəfər ölüb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Frenso Bee qəzeti məlumat yayıb.
Polis rəhbəri Cerri Dayeranın sözlərinə görə, hadisəni törədən şəxs dini şüar səsləndirək insanlara atəş açıb.
Nəticədə 3 nəfər ölüb. Ölənlərin hamısının ağdərili olduğu bildirilib.
Artıq qətlləri törətmiş 39 yaşlı Kori Əli Məhəmməd adlı qaradərili şəxs saxlanılıb. Polisin ilkin versiyasına əsasən, cinayət irqi nifrət zəminində törədilib.
Cinayətkarın daha əvvəldə qətl törədiyi istintaq zamanı bəlli olub.


Son xəbərlər
Son Xəbərlər