ABŞ-da kütləyə atəş açıldı, ölənlər və yaralananlar var

abs-da-kutleye-ates-acildi-olenler-ve-yaralananlar-var
Oxunma sayı: 1779

ABŞ-da üç nəfər naməlum şəxs kütləyə atəş açıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Mayamidə baş verib.

Konsert üçün icarəyə götürülmüş açıq məkana toplaşmış kütləyə açılan atəş zamanı 2 nəfər ölüb, 20-dən çox şəxs isə yaralanıb.

Polis hadisə yerindən qaçan cinayətkarları axtarır.