ABŞ-da marketdə atışma - Ölənlər var

abs-da-marketde-atisma
Oxunma sayı: 826

ABŞ-ın Dunkan şəhərində “Walmart” supermarketində silahlı atışma olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Oklaham ştatında baş verən qanlı hadisədə 3 nəfər ölüb. Ölənlərdən biri atəş açan şəxsin özüdür. Yaralıların dəqiq sayı bilinmir. Hadisə yerində polis araşdırmalara başlayıb.

Şəhərdə universitetlər və məktəblər bağlanıb. Şagird və tələbələrə binalardan çıxmağa icazə verilmir.