ABŞ-da marketə hücum, ölən və yaralananlar var

abs-da-markete-hucum-olen-ve-yaralananlar-var
Oxunma sayı: 944

ABŞ-ın Tennessi ştatında bir marketə silahlı hücum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ştat polisi məlumat yayıb.

Bildirilib ki, hücum zamanı azı bir nəfər ölüb, 14 nəfər yaralanıb.

Qeyd olunub ki, yerli vaxtla 01:30 radələrində ətrafa atəş açan şəxs ən azı bir nəfərin ölümünə səbəb olduqdan sonra hadisə yerində özünü öldürüb.

Hücum nəticəsində yaralanan 14 nəfərin vəziyyəti ağırdır.