ABŞ-da məktəb binasında 145 insan qalığı tapıldı

abs-da-mekteb-binasinda-145-insan-qaligi-tapildi
Oxunma sayı: 1063

ABŞ-ın Florida ştatında məktəb binasında 145 insan sümüyü tapılıb.

“Qafqazinfo” “BBC”yə istinadən xəbər verir ki, insan qalıqları georadarlar vasitəsilə Tamp şəhəri ərazisindəki məktəbdə aşkarlanıb. 1-1,5 metr dərinlikdə basdırılmış cəsədlərin XX əsrdə kasıbların dəfn edildiyi Ricvud qəbiristanlığına aid olduğu ehtimal edilir. Məlumata görə, dəfn edilənlər 250 nəfərdən ibarət afroamerikalı olub. Onlardan 80-i uşaqdır.

Qeyd edək ki, məktəb binasının altında qəbiristanlıq ola biləcəyi haqda məlumat oktyabrdan yayılıb. Bundan sonra mütəxəssislər axtarışlara başlayıblar.