ABŞ-da məktəbdə 2 şagirdi öldürən yeniyetmə vəfat etdi

abs-da-mektebde-2-sagirdi-olduren-yeniyetme-vefat-etdi
Oxunma sayı: 1584

ABŞ-ın Kaliforniya ştatının Santa-Klarita şəhərində məktəbdə atışma törədən yeniyetmə dünyasını dəyişib. “Qafqazinfo” bildirir ki, bu barədə “NBC” telekanalı hüquq mühafizə orqanlarına istinadən xəbər verib.

16 yaşlı oğlan odlu silah yarası diaqnozu ilə çatdırıldığı xəstəxanada vəfat edib.

Xatırladaq ki, mərhumun təhsil aldığı məktəbdə törətdiyi atışma nəticəsində iki nəfər həyatını itirib, üç nəfər yaralanıb.  

Hadisə ilə bağlı araşdırma davam etdirilir.