ABŞ-da məktəbdə atışma - 1 şagird öldü, 7-si yaralandı+Foto

abs-da-mektebde-atisma
Oxunma sayı: 814

ABŞ-ın Kolorado ştatının Denver şəhərində yerləşən məktəbdə atışma baş verib. 

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 1 şagird öldürülüb, 7-si yaralanıb. Yaralılar 15 və daha yuxarı yaşlı şagirdlərdir. Onlardan 4-ünün vəziyyəti ağırdır. 

Duqlas dairəsinin polis şerifi bildirib ki, silahlılar məktəbli yoldaşlarına iki ayrı yerdə atəş açıblar. Atışmada şübhəli bilinən iki şəxs artıq saxlanılıb. Polis binada təhqiqat işini davam etdirir.