ABŞ-da məktəbdə atışma oldu, yaralılar var - Video

abs-da-mektebde-atisma-oldu-yaralilar-var
Oxunma sayı: 1319

ABŞ-ın Aydaho ştatının Riqbi şəhərində orta məktəbdə atışma olub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, nəticədə 3 nəfər yaralanıb.

Onlardan 2-si şagird, 1-i isə yetkinlik yaşına çatan şəxsdir. Onların həyati təhlükələrinin olmadığı bildirilir.

Polis şübhəli şəxsi saxlayıb.  Buna baxmayaraq, polis məktəbdə axtarışlarını davam etdirir.