ABŞ-da ölən məktəblilərin sayı artdı - Yenilənib

abs-da-olen-mekteblilerin-sayi-artdi
Oxunma sayı: 2716

ABŞ-ın Miçiqan ştatının Oksford şəhərində məktəbdə baş verən atışma nəticəsində üç şagird həlak olub, altısı güllə yarası alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədəştatın hüquq-mühafizə orqanları açıqlama yayıb.

Bildirilib ki, atəşi 15 yaşlı tələbə açıb. Saxlanılan silahlı hücum edən şəxs yarıavtomat tapançadan 15-20 atəş açıb.

Qeyd olunub ki, cinayətkar təkbaşına hərəkət edib. Hücum edən şəxs təslim olub, zabitlərə atəş açmayıb və özü də xəsarət almayıb.

***

Atışma nəticəsində xəsarət alanların sayı artaraq 4 olub. 17 yaşlı Castinq Şillinq xəstəxanada dünyasını dəyişib.