ABŞ-da mənfi 44 dərəcə şaxta - 3 nəfər dondu, təyyarə və qatar reysləri ləğv edildi

abs-da-menfi-44-derece-saxta
Oxunma sayı: 1890

Amerika Birləşmiş Ştatlarında (ABŞ) son 25 ilin ən soyuq günləri yaşanır.

“Qafqazinfo” “Anadolu” agentliyinə xəbər verir ki, 3 nəfər donmuş halda tapılıb. Buz bağlamış yollda isə bir çox qəza baş verib.

Şimali Dakotada - 24, Minnesotada - 18, şaxta Çikaqoda isə - 17 dərəcə şaxta qeydə alınıb. Çikaqo çayı isə donub.

ABŞ-da ölkə üzrə ümumilikdə 2 minə yaxın təyyarə reysi, həmçinin bir çox şəhərdə bütün qatar reysləri ləğv edilib.

Rəsmilər zəruri olmadığı təqdirdə çölə çıxılmaması üçün xəbərdarlıq veriblər.