ABŞ-da “Microsoft”un işində nasazlıq yaranıb

abs-da-microsoftun-isinde-nasazliq-yaranib
Oxunma sayı: 654

ABŞ istifadəçiləri “Microsoft 365” proqram sahəsindəki bir sıra xidmətlərdə yaranan problemlər barədə bildiriblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidmətinin məlumatında qeyd olunub.

Nasazlıq daha çox “Microsoft Teams” platformasında müşahidə edilir: istifadəçilərin çoxu (76%) serverlə əlaqə qurmaqda çətinlik çəkir, 20%-i öz hesablarına, daha 3%-i isə sayta daxil ola bilmir.

Ən çox şikayət ABŞ-ın şərq və qərb sahillərində yaşayan istifadəçilərdən gəlib.