ABŞ-da naməlum şəxslər hərbi vertolyotu atəşə tutdu

abs-da-namelum-sexsler-herbi-vertolyotu-atese-tutdu
Oxunma sayı: 1047

ABŞ-ın Virciniya ştatında naməlum şəxslər ABŞ HHQ-nin UH-1N Huey vertolyotunu atəşə tutub. “Qafqazinfo” bildirir ki, bu barədə “ABC” xəbər verib.

Qeyd edilir ki, vertolyot Middlburq üzərində məşq uçuşu edirdi.

Nəşrin məlumatına görə, göyərtəyə güllə düşüb, bundan sonra pilotlar qəza enişi edib. Bir nəfər xəsarət alıb və xəstəxanaya çatdırılıb.

Federal Təhqiqat Bürosu (FBI) hadisə ilə bağlı yoxlama aparır.