ABŞ-ın Əmək naziri Aleks Akosta istefa verdiyini açıqlayıb.
“Qafqazinfo”nun “The Hill” nəşrinə istinadən verdiyi xəbərə görə, o, adı milyarder Ceffri Epşteynin 2008-ci il seks cinayətlərində hallandığına görə bu qərara gəlib.
50 yaşlı Akosta qalmaqalın Prezident Donald Tramp Administrasiyasına təsir etməməsini istəmədiyini bildirib.
Tramp nazirə gördüyü işlərə görə təşəkkür edib: “O, əmək naziri kimi inanılmaz işlər gördü”.
Son xəbərlər
Son Xəbərlər