ABŞ-da növbəti erməni təxribatı

ABŞ-da növbəti erməni təxribatı
Oxunma sayı: 4993

Ermənilər ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC döyüşündə növbəti dəfə təxribata əl atıb.

"Qafqazinfo"nun məlumatına görə, ABŞ-ı təmsil edən erməniəsilli döyüşçü Edmun Şahbazyan rinqə qondarma "Dağlıq Qarabağ Respublikası”nın bayrağı ilə çıxıb. Derek Brunsonla döyüş zamanı qondarma rejimin bayrağı rinqdə asılı qalıb.

 UFC kimi nüfuzlu təşkilatın belə təxribata göz yumması birmənalı qarşılanmayıb.

Qeyd edək ki, qarşılaşma Brunsonun qələbəsilə başa çatıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi