ABŞ-da ölənlərin sayı sürətlə artır

abs-da-olenlerin-sayi-suretle-artir
Oxunma sayı: 830

ABŞ-ın əyalətlərinin üçdə ikisində koronavirus səbəbindən həyatını itirənlərin sayında artım qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, Con Hopkins Universitetinin məlumatına görə, ABŞ-ın 30 əyalətində və Vaşinqtonda bir həftədə koronavirusla bağlı ölüm halları artıb.

Xəstəliklərə Nəzarət və Qoruma Mərkəzi də ABŞ-da mart ayına qədər yoluxanların böyük qismində “COVID-19”un daha sürətlə yayılan növünə rast gəlinəcəyi ilə bağlı xəbərdarlıq edib.

Nyu-York qubernatoru Andrey Kuomo koronavirusun daha sürətlə yayılan növünün müşahidə olunduğu ölkələrə səyahət məhdudiyyətləri tətbiq olunmasını istəyib. O, bu ölkələrə nümunə olaraq İngiltərə, CAR və Braziliyanın adlarını çəkib.

Qeyd edək ki, ABŞ-da koronavirus səbəbindən ölənlərin sayı 407 min 216-ya yüksəlib. Virus təsbit edilən şəxslərin sayı isə 24 milyon 483 min 901 nəfərdir.