“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Merilend ştatının Baltimor şəhərində nümayişçilərlə polis arasında gedən qarşıdurma səbəbindən ştatda artıq bir neçə gündür ki, fövqəladə vəziyyət elan olunub.
Qarşıdurmada 15 polisin yaralandığı, ikisinin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilir. Gecələr də davam edən qarşıdurma ilə bağlı şəhərdə komendant saatı elan edilib.
Nümayişçilər polisin uzun illərdir ki, afroamerikalı insanlara qarşı təzyiq üsulu seçdiyindən şikayətlənirlər. Artıq bu gün Baltimora polisə yardım etmələri üçün ABŞ milli qvardiyasının qoşunları yeridilib.
Son xəbərlər
Son Xəbərlər