ABŞ-da polislərə hücum - 5 yaralı var

abs-da-polislere-hucum
Oxunma sayı: 803

ABŞ-ın Hyuston şəhərində naməlum şəxs polislərə atəş açıb.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, hadisə nəticəsində 5 polis yaralanıb.

Yaralılar dərhal xəstəxanaya yerləşdiriliblər.

Əraziyə dəstək qüvvələr cəlb edilib.

Hazırda hücum edən şəxsin ələ keçirilməsi istiqamətində əməliyyat keçirilir.