ABŞ-da qar 8 nəfərin ölümünə səbəb oldu

abs-da-qar-8-neferin-olumune-sebeb-oldu
Oxunma sayı: 798

ABŞ-da həftə sonundan etibarən başlayan qarlı hava 8 nəfərin ölümünə səbəb olub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Çikaqoda 12 yaşlı qız qar kütləsinin üzərinə düşməsi, 59 və 91 yaşlı iki kişi qar təmizləyərkən yıxılmaları, 5 nəfər isə buzlu yolda avtomobil qəzası nəticəsində ölüb.

Bazar ertəsindən başlayaraq isə 280 aviareys təxirə salınıb. Nyu-York və Nyu-Cersi ştatlarında temperatur mənfi 25 dərəcə şaxta təşkil edir.