ABŞ-da qaradərili şəxsi öldürən polis həbs edildi

abs-da-qaraderili-sexsi-olduren-polis-hebs-edildi
Oxunma sayı: 3376

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində qaradərili Corc Floydu dizi ilə boğaraq öldürən polis işçisi Derek Şovin həbs edilib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, hadisəyə şahidlik edən digər 3 polis isə işdən azad edilib. Şovinə qarşı hansı ittihamların irəli sürüləcəyi bir neçə günə elan olunacaq. 

Xatırladaq ki, Derek Şovinin həbs edilməsi və qaradərili vətəndaşlara düşmən münasibətə son verilməsi üçün Minnesota daxil olmaqla, ABŞ-ın bir sıra əyalətlərində etiraz aksiyaları keçirilib.

Dələduzluqda ittiham olunan Corc Floydun son sözləri “Nəfəs ala bilmirəm” aksiyaların əsas şüarı olub.