ABŞ-da qayıq aşdı, 39 nəfər itkin düşdü

abs-da-qayiq-asdi-39-nefer-itkin-dusdu
Oxunma sayı: 865

ABŞ-ın Florida ştatının sahillərində qayığın aşması nəticəsində 39 nəfər itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Sahil Mühafizə Xidməti öz tviter hesabında paylaşıb.

Hadisə nəticəsində 1 nəfər suda sağ aşkar olunaraq xilas edilib.

Qayıq yanvarın 22-si Baham adalarından yola çıxıb və Florida sahillərindən təqribən 70 km məsafədə fırtınaya düşərək aşıb.

Sahil Mühafizə Xidməti qayığın qanunsuz olaraq insan daşınması üçün istifadə olunduğunu güman edir. İtkin düşənlərin axtarışı üçün çox sayda kater və aviasiyadan istifadə olunur.