ABŞ-da qəzet binasına hücum - 5 ölü, 22 yaralı+Yenilənib + Fotolar

abs-da-qezet-binasina-hucum
Oxunma sayı: 1871

ABŞ-ın Merilənd ştatının Annapolis şəhərində “Kapital” qəzetinin binasına silahlı hücum olub.

“Qafqazinfo” UsaToday-a istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda polis cəlb edilib və ərazi nəzarətə götürülüb.

Hücum edənlərin kimliyi bilinmir.

Hadisə nəticəsində ölən və yaralananlar olsa da, dəqiq say açıqlanmayıb.

Ərazidə əməliyyat aparılır.

02:50

Məlumata görə, silahlı hücum nəticəsində ən azı 5 nəfər ölüb, 22 nəfər yaralanıb. Polis hazırda şahidlərin ifadələrini dinləyir.

Qeyd olunur ki, hadisəni törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.