ABŞ-da qum fırtınası, 20-dən çox maşın toqquşdu - Video

abs-da-qum-firtinasi-20-den-cox-masin-toqqusdu
Oxunma sayı: 995

ABŞ-ın Yuta ştatında qum fırtınası dəhşətli avtomobil qəzasına səbəb olub.

“Qafqazinfo” “The Sun” nəşrinə istinadən xəbər verir ki, qəzalar nəticəsində 7 nəfər həlak olub.

Yuta ştatının İctimai təhlükəsizlik departamentinin verdiyi məlumata görə, hadisə Kenoş şəhərinin qərbində baş verib. Güclü külək nəticəsində havaya qalxan qum yolda görməni pisləşdirib. Nəticədə isə 20-dən çox avtomobil toqquşub.

Bununla yanaşı, bir neçə nəfər xəsarət alıb. Xəstəxanaya çatdırılan yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Həmçinin, magistral yolda cənub istiqamətində hərəkət dayandırılıb və ştatın yol-patrul xidməti digər şəhərlərdən kömək istəyib.