ABŞ-da şagird oxuduğu məktəbə silahla hücum etdi

abs-da-sagird-oxudugu-mektebe-silahla-hucum-etdi
Oxunma sayı: 951

ABŞ-ın Kaliforniya ştatındakı Palmdeyl bölgəsində yerləşən bir məktəbə silahlı hücum olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxs məktəbdə ətrafa atəş açıb.

Hücum nəticəsində 1 şagirdin yaralandığı bildirilib.

Dərhal hadisə yerinə polislər cəlb edilib. Məktəb qısa zamanda boşaldılıb.

Polisin əməliyyatı nəticəsində silahlı şəxs saxlanılıb. Məlum olub ki, o, məktəbdə oxuyan 14 yaşlı bir şagirddir. Həmin şəxs polis idarəsinə aparılıb.