ABŞ-da şagird sinif yoldaşını güllələdi

abs-da-sagird-sinif-yoldasini-gulleledi
Oxunma sayı: 922

ABŞ-ın Arizona ştatının Preskot bölgəsindəki məktəblərdən birində odlu silahla cinayət törədilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, şagirdlərdən biri gizlincə məktəb binasına daxil etdiyi silahla sinif yoldaşını güllələyib.

Ağır yaralanan məktəbli hadisə yerinə çağırılan təcili yardım helikopteri ilə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şagird isə yaxalanıb.

Cinayətin hansı səbəbdən baş verdiyi bilinmir. Faktla bağlı araşdırma aparılır.