ABŞ-da seçkilərə müdaxilə haqda məlumat verənlər 10 milyon mükafat alacaq

abs-da-seckilere-mudaxile-haqda-melumat-verenler-10-milyon-mukafat-alacaq
Oxunma sayı: 1212

ABŞ hökuməti prezident seçkilərinə müdaxilə edənlər və kiberhücumlarla bağlı məlumat verənə 10 milyon dollar mükafat verəcək.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəhbəri Mayk Pompeo mətbuat konfransında deyib. O bildirib ki, “ədalətə kömək yardım proqramı” xarici dövlətlərin nəzarəti altında olan və seçkilərə cinayətkar kiberhücumlar vasitəsilə müdaxilə edən şəxsləri aşkara çıxarmağa kömək etmək üçün yaradılıb.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək. Prezident Donald Tramp koronavirus pandemiyası səbəbindən səsverməni təxirə salmaq istəsə də, səlahiyyətləri onun belə bir qərarı qəbul etməsinə imkan verməyib.