ABŞ-da silahlı hücum, 5 nəfər ölüb - Yenilənib

abs-da-silahli-hucum-5-nefer-olub
Oxunma sayı: 944

ABŞ-ın Orlando şəhərində atışma baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, çoxlu sayda insanın öldüyü xəbərləri yayılıb.

***

Hadisə şəhərin şimali-şərqindəki sənaye parkının yaxınlığında baş verib.

Hazırda əraziyə giriş-çıxış bağlanılıb. Hadisə yerində çoxlu sayda polis və təcili yardım maşınları var.

Yaxın dəqiqələrdə Orlando merinin brifinq keçirəcəyi gözlənilir.

***

“WFTV” xəbər verir ki, Orlandoda silahlı şəxsin hücumu nəticəsində cinayətkar da daxil olmaqla 5 nəfər ölüb.

Hadisə yerinə Federal Təhqiqat Bürosunun agentləri cəlb olunub.

Qeyd olunur ki, hadisə terror aktı deyil.