ABŞ-da silahlı hücum - 5 ölü, 3 yaralı

abs-da-silahli-hucum
Oxunma sayı: 1104

ABŞ-ın Kolorado ştatının Denver şəhərində silahlı hücum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.

Bildirilib ki, adı açıqlanmayan şəxs dörd fərqli nöqtədə atəş açıb, nəticədə beş nəfər ölüb, biri polis olmaqla, üç nəfər yaralanıb.

Ölənlərdən ikisinin qadın olduğu bildirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.