ABŞ-da silahlı insident - Ölən və yaralananlar var

abs-da-silahli-insident
Oxunma sayı: 1080

ABŞ-ın Alabama ştatında atışma baş verib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə  WIAT telekanalı məlumat yayıb.

Məlumata əsasən, insident Birmingem şəhərinin universitet xəstəxanasının ərazisində qeydə alınıb. Atışma nəticəsində 2 nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib. Atəş açan şəxs isə polislər tərəfindən güllələnib.

Polis hadisənin səbəblərini araşdırır.