ABŞ-da naməlum şəxs odlu silahdan atəş açaraq iki polisi öldürüb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, insident Florida ştatının Trenton şəhərində qeydə alınıb.
Məlumata əsasən, yerli vaxtla 15.00-da Qilrist dairəsinin 2 şerif köməkçisi "Eys Çayna" restoranında güllələnib. Bundan əlavə, hadisə yerinə gələn təhlükəsizlik əməkdaşları eyni küçədə atəş açan şəxsi ölü vəziyyətdə aşkar ediblər.
Hadisənin başvermə səbəbləri məlum deyil, araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər