ABŞ-da silahlı insident, polislər yaralandı

abs-da-silahli-insident-polisler-yaralandi
Oxunma sayı: 1052

ABŞ-ın Florida ştatının Doral şəhərində polis bölməsi yaxınlığında silahlı insident olub. 

"Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, atışma nəticəsində 2 polis əməkdaşı güllələnib. Onlar xəstəxanaya yerləşdiriliblər, birinin vəziyyəti ağırdır.

Silahlı şəxsə cavab atəşi açılıb və o öldürülüb.

Polis hadisə ilə bağlı araşdırma aparır.