ABŞ-da silahlı şəxs bütün girovları öldürüb

abs-da-silahli-sexs-butun-girovlari-oldurub
Oxunma sayı: 2181

ABŞ-ın Kaliforniya ştatında ölkənin ən iri veteranlar evinə edilən silahlı hücumda girov götürülən 3 nəfər və cinayətkar ölü olaraq tapılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, girovların hər üçü müəssisənin qadın əməkdaşları olublar. 

Xüsusi xidmət orqanları hücum edən şəxslə əlaqə yaratmağa çalşsalar da, cəhdləri baş tutmayıb.  

Şübhəli emosional travmadan əziyyət çəkən proqramın iştirakçısı olub və iki həftə əvvəl onu proqramdan azad ediblər.