ABŞ-da stadionda atışma - Azı 10 yeniyetmə yaralandı + Video

abs-da-stadionda-atisma
Oxunma sayı: 1677

ABŞ-ın Alabama ştatının Mobil şəhərində stadionda atışma nəticəsində azı 10 yeniyetmə yaralanıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, insident “LeFlor” və “Villyamson” məktəbli komandaları arasında baş tutan matçdan sonra yaşanıb. Xəsarət alanlar 15-18 yaş arası yeniyetmələrdir. Onların hamısı xəstəxanaya yerləşdirilib, vəziyyətləri kritikdir.

Şəhər polisinin rəisi Lorens Battiste bildirib ki, xəsarət alanların çoxu “LeFlor” komandasının azarkeşləridir.

Polis isti izlərlə iki nəfəri saxlayıb.