ABŞ-da sutka ərzində koronavirusdan minlərlə insan öldü

abs-da-sutka-erzinde-koronavirusdan-minlerle-insan-oldu
Oxunma sayı: 1631

ABŞ-da son sutka ərzində koronavirusdan 3 332 nəfər dünyasını dəyişib, 28 819 yoluxma halı qeydə alınıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Ümumilikdə ABŞ-da 51 017 nəfər vəfat edib, 890 524 yoluxma halı təsdiqini tapıb.

ABŞ COVID-19 infeksiyasına yoluxma və ölüm hallarının sayına görə dünya ölkələri arasında liderdir.