ABŞ-da təyyarə avtomobilin üzərinə düşdü, ölənlər var - Video

abs-da-teyyare-avtomobilin-uzerine-dusdu-olenler-var
Oxunma sayı: 1771

ABŞ-ın Pembrok-Payns şəhərində (Florida ştatı) yüngülmühərrikli təyyarənin düşməsi nəticəsində nəqliyyat vasitəsinin göyərtəsində olan azı iki nəfər həlak olub.

Bu barədə “Qafqazinfo” NBC telekompaniyasına istinadən xəbər verir.

Onun məlumatına görə, təyyarə avtomobilin üzərinə düşüb. Avtomobildə olan sürücü ilə uşaq xəsarət alıb və hospitalizə edilib.

ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) insidentin istintaqına başlayıb.