ABŞ-da təyyarə qatarla toqquşdu

abs-da-teyyare-qatarla-toqqusdu
Oxunma sayı: 1914

ABŞ-ın Los-Anceles şəhərində təyyarə qatarla toqquşub.

“Qafqazinfo” xarici KİV-lərə istinadən xəbər verir ki, təyyarə dəmiryolu reyslərinin üzərinə qəza enişi edib. Bu zaman yaxınlaşan qatar onunla toqquşub.

Xoşbəxtlikdən, qatarla toqquşmaya qədər xilasedicilər təyyarənin pilotunu təxliyyə edə biliblər. O yüngül xəsarətlər alıb.