ABŞ-da təyyarə qəzası - 3 ölü, 7 yaralı

abs-da-teyyare-qezasi
Oxunma sayı: 905

ABŞ-ın Alyaska ştatında dəniz təyyarəsi qəza törədib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qəza Eastwind gölündə baş verib.

Hadisə zamanı 3 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

Təyyarənin qəza səbəbi hələ müəyyənləşməyib. Yaralılar Anchorage xəstəxanasına aparılıb.