ABŞ-ın Arizona ştatında yüngülmotorlu təyyarə qəzaya uğrayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Məlumata əsasən, insident Skotsdeyl şəhərində qeydə alınıb. Təyyarə hava limanından qalxdıqdan bir qədər sonra qolf meydanına düşüb və yanmağa başlayıb. Qəza nəticəsində təyyarədə olan 6 nəfər həlak olub.
Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.
Son xəbərlər
Son Xəbərlər