Amerikanın “JetBlue” aviaşirkətinə məxsus təyyarə təcili eniş etməli olub.
“Qafqazinfo”nun “CBS” telekanalına istinadən verdiyi məlumata görə, Nyu-York şəhərindən San-Fransiskoya uçan təyyarənin Miçiqan ştatının Qrand-Rapids şəhərində məcburi enişinə səbəb sərnişinlərdən birinin baqaj rəfində yerləşən noutbukunun yanması olub.
Təyyarənin göyərtəsində 158 sərnişin olub. Onlardan heç biri xəsarət almayıb.
Son xəbərlər
Son Xəbərlər