ABŞ-da təyyarə yaşayış məntəqəsinə çırpıldı, ölənlər var - Video

abs-da-teyyare-yasayis-menteqesine-cirpildi-olenler-var
Oxunma sayı: 1374

ABŞ-ın Kaliforniya ştatında yaşayış məntəqəsinə təyyarə çırpılıb.

“Qafqazinfo” xəbər verir ki, Meksika ilə sərhəddəki San-Dieqo Kantri bölgəsində yerə çırpılan təyyarə evlərə böyük zərər vurub.

Polis bölgə sakinlərini hadisə yerindən uzaq durmağa çağırıb.

Hadisə nəticəsində azı iki nəfər ölüb, ikisi yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Təyyarə yanğına səbəb olub. Bu zaman iki ev və çox sayda maşının yararsız hala düşdüyü bildirilib.

Təyyarənin növü və neçə nəfəri daşıdığı hələlik bilinmir.