ABŞ-ın Merilend ştatının Qlenarden şəhərindəki bir ticarət mərkəzində baş verən atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fox 5 DC” telekanalı polisə istinadən məlumat verib.
Bildirilir ki, yaralı şəxslərdən birinin vəziyyəti ağırdır, digərinin isə həyati təhlükəsi yoxdur.
Polis şübhəlilər barədə hələ ki, məlumat yaymayıb. Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər