ABŞ-da ticarət mərkəzində silahlı insident - 3 yaralı

abs-da-ticaret-merkezinde-silahli-insident
Oxunma sayı: 1101

ABŞ-ın Merilend ştatında ticarət mərkəzlərindən birində silahlı insident baş verib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə “Westfield Montgomery Mall”da qeydə alınıb. Naməlum şəxsin açdığı atəş nəticəsində 3 nəfər yaralanıb. Onlardan 2-nin kişi, 1 nəfərin isə qadın olduğu bildirilir.

Hadisəni törədən şəxs qaçıb.

İnsidentin baş vermə səbəbi haqda məlumat yoxdur.