ABŞ-da tornado, 1 ölü, 8 yaralı - Video

abs-da-tornado-1-olu-8-yarali
Oxunma sayı: 906

ABŞ-ın Alabama ştatında qar fırtınası nəticəsində yaranan tornado bir nəfərin ölümünə səbəb olub.

“Qafqazinfo” “NBC”yə istinadən xəbər verir ki, ştatın Hale bölgəsində yaşanan bu təbii fəlakət nəticəsində daha 8 nəfər yaralanıb.

Tornado, həmçinin dağıntılara səbəb olub.

Qeyd edək ki, qar səbəbindən ABŞ-ın mərkəzi və şərqi hissələrində 230 mindən çox sakin işıqsız qalıb.