ABŞ-da UNO-ların varlığı qəbul edildi

abs-da-uno-larin-varligi-qebul-edildi
Oxunma sayı: 3339

ABŞ Kəşfiyyat Birliyi uçan naməlum obyektlər (UNO) haqqındakı uzun zamandır gözlənilər hesabatı açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hesabatda UNO-ların varlığı qəbul edilib.

Bildirilib ki, UNO-ların qeyri-insani varlıqlar olaraq adlandırılmaları üçün kifayət qədər məlumat yoxdur.

Konqresə təqdim edilən və ictimaiyyətə açıqlanan hesabatda 2004-cü ilə qədər qeydə alınmış 144 fakt yer alıb. Hesabat bir çox sualları cavabsız qoysa da, göy üzündə qeyri-adi cisimlərin varlığının qəbul edilməsi baxımından əhəmiyyət daşıyır.