ABŞ da Venesuelanın iki səfirini qovur

abs-da-venesuelanin-iki-sefirini-qovur
Oxunma sayı: 724

ABŞ rəsmi Karakasa cavab olaraq Venesuelanın iki diplomatını ölkədən qovur.

"Qafqazinfo" xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamenti məlumat yayıb. Ölkəni tərk etmək üçün Venesuelanın ABŞ-dakı müvəqqəti işlər vəkili və Hyustondakı baş konsulun müavininə 48 saat vaxt verilib. 

Xatırladaq ki, Venesuela prezidenti Nikolas Maduro seçkidə qalib gəldikdən sonra ABŞ-ın Karakasdakı səfirini ölkəsindən qovmuşdu.