ABŞ-da vertolyot qəzası nəticəsində 2 nəfər həlak olub.
"Qafqazinfo" "ABC" telekanalına istinadən xəbər verir ki, hadisə Yuta ştatının dağlıq ərazisində qeydə alınıb.
Bildirilir ki, vertolyot Ballard şəhərindən Solt-Leyk-Siti dairəsinin hava limanına uçurmuş. Hava maşınının axtarışları vertolyotda olanlardan birinin ailə üzvlərinin onun gecikməsi barədə xəbər verməsindən sonra başlayıb.
Qəzanın səbəbləri araşdırılır.
Son xəbərlər
Son Xəbərlər