ABŞ-da virusa yoluxanların sayı 90 mini ötdü

abs-da-virusa-yoluxanlarin-sayi-90-mini-otdu
Oxunma sayı: 2366

ABŞ-da koronavirusa yoluxanların sayı 92,9 min nəfərə çatıb, 1380 nəfər dünyasını dəyişib. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Conson Hopkins Universiteti məlumat yayıb.

Ölüm hallarının sayına görə Nyu-York (365 nəfər) və Kinq (109 nəfər) şəhərləri liderlik edir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib.