ABŞ-da xəstəxana ərazisində atışma, ölənlər var

abs-da-xestexana-erazisinde-atisma-olenler-var
Oxunma sayı: 1158

Oklahoma ştatının Talsa şəhərində Sent-Fransis xəstəxanasının ərazisindəki binada baş verən atışma nəticəsində azı 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə xəstəxana kompleksinin tibb korpuslarından birində baş verib.

Polis atıcının güllə yarası aldığını güman edir. Hazırda hadisə yeri mühasirəyə alınıb, hüquq-mühafizə orqanlarının əməkdaşları zərərçəkənlərin axtarışı üçün mərtəbə-mərtəbə yoxlamalar aparır.

Bir neçə nəfər yaralanıb, atıcı zərərsizləşdirilib. Zərərçəkənlərin vəziyyətinin ağırlığı və hadisənin səbəbləri barədə hələlik məlumat verilmir.