ABŞ-ın Pensilvaniya ştatında gecə saatlarında ikimərtəbəli evdə baş vermiş yanğın nəticəsində bir ailənin 10 üzvü həyatını itirib.
Bu barədə “Qafqazinfo” “Associated Press” agentliyinə istinadən xəbər verir.
Ölənlərdən üçü uşaqdır.
Həmçinin məlum olub ki, ölənlərin hamısı hadisə yerinə gələn yanğınsöndürən Harold Beykerin qohumlarıdır. O bildirib ki, həyatını itirənlər arasında onun oğlu da var.
Yanan evdən yalnız üç nəfər sağ çıxa bilib.